Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Cüdo üzrə Qran-pri turnirinə yekun vurulub.
20-02-2012

Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirinə bu gün yekun vurulub. Yarışın son günündə Azərbaycan milli komandasının 3 cüdoçusu tatamiyə çıxıb. Onlardan yalnız Elnur Məmmədli yığmamıza bürünc medal qazandırıb. O, bununla yarışa 9 idmançı ilə yollanan millimizi həm də fiaskodan xilas edib.

Kişilər
81 kq
Olimpiya çempionumuz Elnur Məmmədli ikinci mərhələdən mübarizəyə başlayıb. O, ilk döyüşündə Marian Halasla (Rumıniya) qarşılaşıb. Gərgin keçən görüşdə həmyerlimizin tətbiq etdiyi vazari fəndi cütün taleyini həll edib. 
Məmmədli növbəti mərhələdə hollandiyalı Henri Şoemanla münasibətlərinə aydınlıq gətirib və ipponla qalib gəlib.
Elnur 1/4 finalda isə almaniyalı Alekander Viçerzakla güləşib. Yerli cüdoçu da idmançımız qarşısında aciz qalıb. Məmmədi 135 saniyəyə rəqibinə yerini göstərib. 
Nəticədə Olimpiya çempionumuz yarımfinala vəsiqə qazanıb və bununla da özü üçün ən azı bürünc medalı təmin edib. 
Elnurun finala gedən yolda rəqibi Alan Şmitt (Fransa) olub. Təəssüf ki, gərgin keçən döyüşdə fransalı idmançı qalib gəlib, Məmmədli isə üçüncü yerlə kifayətlənib. 

90 kq
Bu çəkidə ölkəmizi təmsil edən Elxan Məmmədov da ilk mərhələni azarkeş kimi izləyib. Həmyerlimiz birinci qarşılaşmasında Aiqars Milenberq (Latviya) sınağa çəkib. Döyüş yığmamızın liderinin qələbəsi ilə yekunlaşıb. O rəqibinə vazari ilə qalib gəlib.
Elxan 1/8 finalda Milan Randla (Slovakiya) görüşüb və bu dəfə də güclü olub. Belə ki, təmsilçimiz rəqibini tatamiyə çıxmağa peşman edib. O, Slovakiya idmançısına cəmi 57 saniyəyə qalib gəlib. 
Məmmədov növbəti mərhələdə gürcüstanlı Varlam Liparteliani ilə qarşılaşıb. Lakin 193-cü saniyədə ippona “düşən” Elxan mübarizəni dayandırmaq məcburiyyətində qalib. Nəticədə o, “Qran-Pri”ni 5-ci yerdə başa vurub. 

100 kq
Elmar Qasımov komanda yoldaşlarından fərqli, birinci mərhələdən mübarizəyə qoşulub. Təmsilçimiz yerli Benjamin Behrla ilə üz-üzə gəlib. Görüş Elmarın qələbəsi ilə yekunlaşıb. O, 1/16 finalda monqolustanlı Temuulen Battulqa ilə qarşılaşıb. Həmyerlimiz bu dəfə də tatamidən qalib ayrılıb. 
Qasımov 1/4 finala yüksəlmək üçün Levan Jorjolianinin (Gürcüstan) gücünü yoxlayıb. Təəssüf ki, bu Elmar üçün sonuncu döyüş olub və o, yarışı yenə mükafatsız başa vurub. 
Qeyd edək ki, yarışın ilk günündə 6 cüdoçumuz tatamiyə çıxıb və yarışı titulsuz başa vurub.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018