Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Bu gün Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.
04-02-2012

Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək. London-2012-yə lisenziya xalları verəcək yarışın ilk günü 5 taekvondoçumuz nəyə qadir olduğunu nümayiş etdirəcək.

Kişilər
60 kq
Milli komandamızın ən yüngül çəkili idmançısı İlqar Müşkiyev ilk mərhələdən azaddır. O, ikinci mərhələdə Tomas Cado-Dyuk (Fransa) – Qonsalo Mansinyo (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.

66 kq
Bu çəki dərəcəsində tatamiyə çıxacaq Tərlan Kərimov da mübarizəyə ikinci mərhələdən qoşulacaq. Həmyerlimiz Pyerre Duprat (Fransa) – Yasper De Yonq (Hollandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.

73 kq
Rüstəm Orucov da Müşkiyev və Kərimov kimi ilk mərhələni tamaşaçı kimi izləyib. O, ilk görüşündə koreyalı Yunq Von Kimlə qarşılaşıb. Görüş həmyerlimiz üçün uğurlu alınıb və Rüstəm cəmi 26 saniyəyə rəqibinə ipponla qalib gəlib. 

O, növbəti mərhələdə monqolustanlı Nyam-Oçir Sainjarqalla gücünü yoxlayacaq.

Qadınlar
57 kq
Yığmamızın lideri Kifayət Qasımova ilk görüşündə sinqapurlu Hortans Didyu ilə münasibətlərinə aydınlıq gətirib. Həmyerlimiz gözlənildiyi kimi, rəqibi üzərində asan qələbəyə sevinib. Qasımovaya Didyuya qalib gəlmək üçün cəmi 44 saniyə kifayət edib. O, növbəti mərhələdə İrina Zabludina (Rusiya) – Janna Stankeviç (Ermənistan) cütünün qalibi ilə döyüşəcək.

63 kq
Ramilə Yusubovanın rəqibi Kot d İvuar təmsilçisi Rokiatou Koulibali olacaq. 

Qeyd edək ki, yığmamızın 3 cüdoçusu mübarizəyə sabah qoşulacaq. 150 min ABŞ dolları mükafat fondu olan yarışın qalibi 300 lisenziya xalına yiyələnəcək.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018