Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
İsveçrənin Sürix şəhərində FİFA-nın 61-ci konqresi keçirilib
02-06-2011

İsveçrənin Sürix şəhərində FİFA-nın 61-ci konqresi keçirilib. Tədbirdə qurumun fəaliyyəti ilə bağlı bir sıra məsələlərin müzakirəsilə yanaşı, Zep Blatter növbəti dəfə FİFA-ya prezident seçilib.

Zep Blatterin FİFA –ya rəhbər seçiləcəyi konqresin keçirilməsinə 3 gün qalmış dəqiqləşmişdi. Belə ki, qətərli iş adamı Məhəmməd bin Hammam rüşvət qalmaqalı səbəbindən FİFA prezidentliyinə nazimədliyini geri götürdüyündən Zep Blatter bu vəzifəyə yeganə idddialı şəxs idi. FİFA-nın 61-ci konqresində təmsil olununan 208 ölkədən 186-ı Zep Blatterin lehinə səs verib. Blatter  ümumi səslərin 89,4 faizini toplayıb. Tədbir zamanı İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşib. Əli ibn Hüseyn, Devid Çunq, Cim Boyz, Vernon Maninal Fernando, Teo Tsvantsiger və Məhəmməd Raurau İcraiyyə Komitəsinə yeni üzv seçiliblər. Seçkilərin nəticələri rəsmən  elan olunduqdan sonra Zer Blatter təbrikləri qəbul edib. FIFA rəhbəri çıxışında dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin seçimini şəffaflaşdırmaq üçün bundan sonrakı səsvermələrdə İcraiyyə Komitəsinin yox, quruma üzv olan 208 ölkənin iştirak etməsini tövsiyə edib. “Federasiyalara daha çox azadlıq verməliyik. İcraiyyə Komitəsinin Dünya Çempionatının ev sahibini müəyyən etməsi nə dərəcdə düzgündü? Bundan sonrakı seçimlərin üzv ölkələrin federasiyalarının səsləri nəticəsində müəyyən olunmasını düzgün hesab edirəm. İcraiyyə Komitəsi namizədləri, federasiyalar isə ev sahibini seçsinlər” sitatın sonu.  Xatırlaq ki, 1998-ci ildən ardıcıl 4-cü dəfə seçkilərdə qələbə qazanan Zep Blatter daha 4 il FIFA prezidenti vəsifəsini icra edəcək.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018