Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Avropada bir sıra milli komandalar yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar
30-05-2011

Avropada bir sıra milli komandalar yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar. Seçmə komandamızla eyni qrupda yer alan almaniya millisi Uruqvayla qüvvəsini sınayıb.

Almaniya millisi “Rein Neckar” arenada Uruqvay komandasını qəbul edib. 25 min azarkeşin izlədiyi oyuna meydan sahibləri daha fəal başlayıblar. Ilk dəqiqələrdən hücüma atılan almanlar rəqibi öz qapısına doğru sıxışdırıblar. Xüsusilə Məsut Özil, Andre Şürle və Mario Qomez fəal oyunları ilə diqqət çəkiblər. Bundestimin bu fəallığı 20-ci dəqiqədə öz bəhrəsini verib. Mario Qomez hesabı açıb. Qoldan ruhlanan almanlar hücumlarının kəsərini daha da artırıblar. Bunun məntiqi nəticəsidir ki, 35-ci dəqiqədə hesab artıb. Məsut Özilin ötürməsindən sonra Andre Şürle qapıya dəqiq zərbə endirib. Ilk hissə meydan sahiblərinin 2-0 hesablı üstünlüyü ilə tamamlanıb. Fasilədən sonra qonaqlar buraxılan toplardan birinin əvəzini çıxa biliblər. Valter Qarqano Uruqvay azarkeşlərini ümidləndirib. Qalan dəqiqələrdə cənubi amerikalılar məğlubiyyətdən xilas olmaq üçün bir neçə imkan qazanıblar. Lakin Almaniya millisininq qapıçısı Manuel Noyer inamlı oyunu ilə komandasını qoldan xilas edib. Beləliklə görüş almanların 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

İrlandiya və Şotlandiya komandalarının oyununda isə azarkeşlər 1 qol izləyiblər. Qarşılıqlı hücumlar şəraitində keçən matçda hesab 23-cü dəqiqədə açılıb. Robbi Kin irlandiyalı azarkeşləri sevindirib. Qalan dəqiqələrdə tərəflərin səyinə baxmayaraq görüşdə başqa qol olmayıb və qarşılaşma İrlandiya millisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018