Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Azərbaycan boks yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb
05-09-2019

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb. 

Yığma yarışda tam heyətlə mübarizə aparacaq. Baş məşqçi Nəriman Abdullayev Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (57 kq), Bəxtiyar Qazıbəyov (63 kq), Lorenzo Sotomayor (69 kq), Amin Kuşkov (75 kq), Alfonso Dominges (81 kq), İsmayıl Yaqubov (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Bu gün axşam saatlarında Rusiyaya yollanacaq komanda sentyabrın 22-də Bakıya dönəcək.

Dünya çempionu Cavid Çələbiyev, olimpiya mükafatçısı Kamran Şahsuvarlı zədə səbəbindən mundialı buraxacaqlar. Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov isə peşəkar boksa keçdiyindən, millidə yer almayacaq.

Qeyd edək ki, dünya çempionatı 14 gün davam edəcək. Mudial yeni qaydalara əsasən, 8 çəkidə keçiriləcək. "EXPO Arena"da təşkil olunacaq yarışda 87 ölkədən 450 boksçu mübarizə aparacaq. Açılış mərasimi sentyabrın 8-də, təsnifat mərhələsinin döyüşləri sentyabrın 9 - 17-də olacaq. Sentyabrın 18-də boksçular 1/4 final mərhələsinin qarşılaşmalarına çıxacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblərin adına isə ayın 21-də aydınlıq gələcək.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018