Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəyə başlayır
23-08-2019

Bu gün qadın voleybolçular arasında Avropa çempionatı start götürür.

Azərbaycan millisinin yer aldığı C qrupunun oyunları Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq. Covanni Kapraranın rəhbərlik etdiyi yığma ilk matçını bu gün Xorvatiya kollektivinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

İtaliyalı mütəxəssis yarış ərzində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Mariya Kirilyuk, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyevadan ibarət “12-lik”dən yararlanacaq.

Xorvatiya ilə yanaşı, Macarıstan, Hollandiya, Rumıniya və Estoniya ilə birgə C qrupunda yer alan yığma tarixinin 8-ci Avropa çempionatında iştirak edəcək. Milli indiyədək qitə birinciliyində mükafatçılar sırasına düşməsə də, 2 dəfə buna yaxın olub. Komanda debüt etdiyi 2005-ci ildə və ev sahibi olduğu son çempionatda yarımfinala qədər irəliləsə də, 4-cü yerlə kifayətlənib.

Qeyd edək ki, qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Milli 31-ci dəfə təşkil olunacaq yarışda bunu bacarsa, A qrupunun komandaları ilə qarşılaşacaq. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Qrup mərhələsi
23-29 avqust

A qrupu (Türkiyə, Ankara): Fransa, Bolqarıstan, Serbiya, Finlandiya, Türkiyə, Yunanıstan
B qrupu (Polşa, Lodz): Belçika, Ukrayna, İtaliya, Portuqaliya, Polşa, Sloveniya
C qrupu (Macarıstan, Budapeşt): Azərbaycan, Xorvatiya, Hollandiya, Rumıniya, Macarıstan, Estoniya 
D qrupu (Slovakiya, Bratislava): İsveçrə, Almaniya, Belarus, Rusiya, Slovakiya, İspaniya

C qrupu
23 avqust
17:00. Xorvatiya - Azərbaycan
19:30. Hollandiya - Rumıniya
22:30. Macarıstan - Estoniya

24 avqust
20:00. Estoniya - Xorvatiya 
22:30. Rumıniya - Macarıstan

25 avqust
17:30. Azərbaycan - Hollandiya 
20:00. Estoniya - Rumıniya

26 avqust
20:00. Hollandiya - Xorvatiya
22:30. Macarıstan - Azərbaycan

27 avqust
20:00. Hollandiya - Estoniya 
22:30. Rumıniya - Xorvatiya

28 avqust
17:30. Azərbaycan - Estoniya
20:00. Xorvatiya - Macarıstan

29 avqust
17:30. Rumıniya - Azərbaycan 20:00. Macarıstan - Hollandiya

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018