Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Azərbaycanı dünya çempionatında 16 cüdoçu təmsil edəcək
08-08-2019

Cüdo üzrə Azərbaycan milli komandasının avqustun 25-də Yaponiyanın paytaxtı Tokioda start götürəcək dünya çempionatı üçün heyəti müəyyənləşib.

Yığma sentyabrın 1-dək davam edəcək mundialda 9 kişi və 7 qadın cüdoçu ilə təmsil olunacaq. Kişilərin yarışında Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) iştirak edəcək.

Qadınlarda isə Əliyeva Leyla, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Larisa-Aleksandra Florian (hər ikisi 52 kq), İçinxorlu Munxtsedev (57 kq), Günel Həsənli (70 kq) və İrina Kindzerskaya (+78 kq) qüvvəsini sınayacaq.

Mundialın mükafat fondu 800 min dollar təşkil edir. Qızıl medal qazanacaq cüdoçulara 20800 dollar, onların məşqçilərinə isə 5200 dollar veriləcək. İkinci yerin sahibləri 12000 dollar, məşqçiləri isə 3000 dollar qazancaqlar. Bürünc mükafatçılara 6400 dollar, onların məşqçilərinə isə 1600 dollar ödəniləcək.

Qeyd edək ki, dünya çempionatında ümumilikdə 151 ölkədən 898 idmançının - 543 kişi və 355 qadın cüdoçunun mübarizə aparacağı gözlənilir. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018