Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Azərbaycan voleybol yığması Olimpiya Təsnifat Turnirinə yollanıb
24-07-2019

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirini təşkil edəcək Braziliyaya yollanıb. 

Yığma üzvləri San-Paulu şəhərində 6 gün təlim-məşq toplanışı keçirəcək. Hazırlıq planına uyğun olaraq, milli yerli Braziliya klublarından biri ilə bir neçə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. 30 iyulda isə komanda turnirin keçiriləcəyi Uberlandiya şəhərinə yola düşəcək.

D qrupunda yer alan Covanni Kapraranın baş məşqçi olduğu komanda ilk qarşılaşmasında Dominikan Respublikası ilə üz-üzə gələcək. Bu matç avqustun 1-də olacaq. Ertəsi gün rəqib ev sahibi Braziliya, iyulun 3-də isə Kamerun yığması olacaq. 

Olimpiadaya lisenziya qazanmaq üçün qrup qalibi olmaq lazımdır. 

Qeyd edək ki, Azərbaycan millisi hazırlıq prosesinə iyunun 24-də başlayıb. Daha sonra komanda üzvləri 11 - 15 iyulda Bolqarıstanda, 15 - 19 iyulda Rusiyada, 19 - 24 iyulda Türkiyədə təlim-məşq toplanışı keçirib. Yığma hazırlıqlar zamanı Bolqarıstan, Rusiya və Türkiyə milliləri ilə yoldaşlıq oyunlarında da qüvvəsini sınayıb.

D qrupu

1 avqust
21:15. Braziliya – Kamerun
23:45. Dominikan Respublikası – Azərbaycan

2avqust
21:15. Braziliya – Azərbaycan
23:45. Kamerun – Dominikan Respublikası

3avqust
17:00. Braziliya – Dominikan Respublikası
19:30. Azərbaycan – Kamerun

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018