Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
"Ferrari" Kanada Qran-prisindəki insidentlə əlaqədar apelyasiya verəcək
10-06-2019

"Ferrari" komandası "Formula 1" üzrə Kanada Qran-prisində "Skuderiya"nın pilotu Sebastyan Fettelə qoyulmuş 5 saniyəlik cərimədən apelyasiya verəcək.

"Ferrari"nin ötən gün yarış zamanı verilmiş qərardan şikayət üçün 96 saat vaxtı var. Bu müddətdə stüardların qərarına təsir edə biləcək yeni dəlillər göstərmək lazımdır.

Fettel ot üzərinə çıxdıqdan sonra trasa təhlükəli qayıdışı ilə əlaqədar 5 saniyəlik cəzaya məruz qalıb. Onun belə hərəkəti üzündən arxadan gələn "Mercedes" pilotu Lüis Hemilton əyləci basmalı olub. Hemilton bunu həm almaniyalı əsas rəqibi, həm də hasarla toqquşmamaqdan ötrü edib. Fettel finişə birinci çatsa da, cərimələndiyi üçün qələbəni əldən verib və ikinci yerlə kifayətlənib.

"Ferrari"nin apellyasiya vermək istəyinə rəğmən, Beynəlxalq Avtomobil Federasiyası Kanada Qran-prisinin rəsmi nəticələrini elan etməyi təxirə salmayıb. "Formula 1"in əsasnaməsinə görə, 5 saniyəlik cərimələrə baxıla bilməz. Etiraz komanda yeni faktlar təqdim edəcəyi halda qəbul olunacaq.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018