Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub
09-06-2019

İspaniyanın Pontevedra şəhərində gənclər arasında keçirilən Avropa çempionatında Azərbaycanın 2 sərbəst güləşçisi qızıl medal qazanıb.

Yeniyetmələr arasında olimpiya çempionu Turan Bayramov 65 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1/8 finalda Gürcüstan idmançısına minimal fərqlə qalib gələn Bayramov daha sonra Fransa təmsilçisini üstələyərək yarımfinala yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi yarımfinalda Moldova güləşçisinin də öhdəsindən gələrək finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Rusiya təmsilçisi ilə üz-üzə gələn Bayramov sonuncu xal prinsipinə əsasən qalib gələrək Avropa çempionu olub.

79 kq çəkidəki Abubakr Abakarovun ilk görüşündə Belarus güləşçisini məğlub etmək üçün cəmi 1 dəqiqə 30 saniyə kifayət edib. Yığma üzvü Litva idmançısını da vaxtından əvvəl məyus edərək adını yarımfinala yazdırıb. Bu mərhələdə o, estoniyalı rəqibinə də göz açmağa imkan verməyərək vaxtından əvvəl qələbə qazanıb və finala yüksələn ikinci sərbəst güləşçi olub. Həlledici qarşılaşmada Rusiya güləşçisini üstələyən Abakarov da Avropa çempionu olub.

70 kq çəkidə yer alan Elmar Kazımov ilk qarşılaşmada Moldova təmsilçisinə yenilib. Ancaq rəqib finala çıxdığı üçün Kazımov iyunun 8-də təsəlliverici görüş keçirib və Almaniya güləşçisinə qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Türkiyə güləşçisiylə həlledici görüş gərgin mübarizə şəraitində keçib. Sona 7 saniyə qalmış üstünlüyü əldən verən Kazımov 5-ci yerlə kifayətlənib.

57 kq-da Azər Əhmədov və 97 kq-da Sənan Əlizadə debütdəcə uğursuzluqla üzləşərək, mübarizəni dayandırıb.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018