Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Azərbaycan gimnastları Avropa çempionatında qızıl medal qazanıblar
26-05-2019

Bu gün, Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının final mərhələləri baş tutub.

Azərbaycanın böyüklərdən ibarət komandası “aero dans” proqramında mükəmməl çıxış nümayiş etdirərək, Avropa çempionluğunu əldə edib.

Elçin Məmmədov, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli və Mədinə Mustafayeva fəxri kürsünün ilk pilləsinə 17.800 xalla yüksəliblər. Komandamızın üzvləri azarkeşlərlə bərabər Dövlət Himnini fəxr hissi ilə səsləndiriblər.

Böyük gimnastlarımızın digər final çıxışı isə qrup komandaları arasında olub. Təmsilçilərimiz (Balaxanım Əhmədova, Vladimir Dolmatov, Nərminə Hüseynova, İmran İmranov, Mədinə Mustafayeva) bu kateqoriyada, 19.738 xalla qitə birinciliyini 7-ci yerdə başa vurublar.

Çempionatın son günü, yeniyetmə gimnastlarımız da öz güclərini bir daha sınayıblar. Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifovadan ibarət gənc komandamız “aero dans” proqramında çıxış edərək, finalda 7-ci yerdə qərarlaşıblar.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018