Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Elmira Qəmbərova İtaliyada gümüş medal qazandı
25-05-2019

İtaliyanın Sassari şəhərində güləşin hər 3 növü üzrə Matteo Pelikone Memorialı keçirilib.

Yarışın 2-ci günündə mübarizəyə qadın güləşçilər qoşulub. Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında yığmamızın 4 üzvü xalça üzərinə çıxıb.
Alyona Kolesnikin Rusiya güləşçisiylə görüşü gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə uğurlu fənd edən rəqib sonuncu xal prinsipinə əsasən növbəti mərhələyə yüksəlib. Elis Manolova qazax güləşçiylə görüşdə 3:0 önə keçsə də, son saniyələrdə üstünlüyü əldən verərək uduzub. Tatyana Omelçenko da bənzər aqibətlə üzləşib. Təmsilçimiz Koreya idmançısıyla qarşılaşmada 2:0 öndə olsa da, yekunda mübarizədən məyus ayrılıb.
Mübarizəyə 1/4 finaldan qoşulan Elmira Qəmbərova tunisli güləşçiylə ağır keçən görüşdə əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. Bu mərhələdə İsveç təmsilçisiylə üz-üzə gələn həmyerlimiz yenə əzmkar mübarizə sərgiləyərək finala yüksəlib. Həlledici qarşılaşmada İsveçin digər nümayəndəsiylə qarşılaşan Qəmbərova məğlub olaraq gümüş medalı boynundan asıb.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyub.

57 kq
1/8 final - Alyona Kolesnik - Olqa Xoroşavtsova (RUS) 4:4*

62 kq
1/8 final - Tatyana Omelçenko - Jiae Choi (KOR) 2:6
1/8 final - Elis Manolova - Ayaulim Qasımova (KAZ) 3:5
1/4 final - Elmira Qəmbərova - Mərva Əmri (TUN) 5:3
1/2 final - Elmira Qəmbərova - Malin Yohanna Matson (SWE) 7:4
FİNAL - Elmira Qəmbərova - Anna Katerina Yohansson (SWE) 4:6

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018