Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Bu gün İtaliya kubokununun qalibi məlum olacaq
15-05-2019

Bu gün futbol üzrə İtaliya kubokunun final oyunu keçiriləcək. Həlledici görüşdə “Atalanta” və “Latsio” komandaları üz-üzə gələcək.

Final oyunu Romanın Olimpiko stadionunda keçiriləcək. Xatırladaq ki, Atalanta ¼ finalda Yuventusu yarımfinalda isə Fiorentinanı mübarizədən kənarlaşdırıb. Bu komandanın tarixində 4-cü final görüşüdür. Buna kimi Berqamo təmsilçisi yalnız bir dəfə İtaliya kubokunda fəxri mükafata sahib çıxıb. Komanda 1963-cü ildə Torinoya qalib gəlib. 1987-ci ildə Napoliyə, 1996-cı ildə isə Fiorentinaya finalda uduzub.

Latsio isə rəqibinə nisbətən daha titulludur. Paytaxt komandası 10-cu final oyununa çıxacaq. Buna kimi keçirilən 9 həlledici görüşdən 6-da Latsio qələbə qazanıb. Paytaxt klubu italiya kubokunda titul sayinda İnter, Roma və Yuventusdan geri qalır. Xatırladaq ki, Latsio cari turnirdə ¼ finalda İnteri, yarımfinalda isə Milanı mübarizədən knarlaşdırıb.

Qeyd edək ki, Atalanta və Lasio bu mövsüm italiya A seriyasında 2 dəfə üz-üzə gəlib. Həm romada həm də Berqamoda keçirilən oyunda Atalanta qələbə qazanıb. 10 gün əvvəl 35-ci tur  çərçivəsindəki görüşdə Atalanta rəqibini məhz elə finalın keçiriləcəyi arenada Olimpiko stadinunda 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Atalanta – Latsio qarşılaşması bakı vaxt ilə saat 22:45-də başlanır.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018