Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Karateçilərimiz Seria A turnirində iştirak edəcəklər
14-05-2019

Karate milli komandası həftəsonu İstanbulda Dünya Karate Federasiyasının (WKF) Karate1 Seria A turnirində iştirak edəcək. 17-19 may tarixlərində nüfuzlu yarışda milli komandanın əsas və əvəzedici üzvləri mübarizə aparacaqlar. 

Kumite üzrə kişilərin baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyevin rəhbərlik etdiyi komanda heyətində Hümmət Baxşəliyev (-67 kq), Rafael Ağayev və Vüsal Kamallı (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), həmçinin Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq) yer alıb. Qadınların baş məşqçisi Denis Morozov Nuranə Əliyevanın, Fidan Teymurova (-50 kq), İlahə Qasımova və Aytac Əliyeva (-55 kq), İrina Zaretska, Zamira Rizayeva (-68 kq) və Fəridə Əliyevanın (+68 kq) çıxışına üstünlük verib. 

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərov və Neda Rezainin yarışa qatılmasını məqbul sayıb. Komanda kata turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev çıxış edəcək. 

İstanbulda liqa turnirinə yollanan heyətə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov rəhbərlik edir. Beynəlxalq hakimlər Cahangir Babayev heyətdə yer alıb.

Karate1 Seriya A turnirin İstanbul mərhələsinə 101 ölkədən 1813 idmançı mübarizə qatılacaq. Nəticələr karateçilərin dünya və olimpiya reytinq cədvəlinə təsir göstərəcək. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018