Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Para-pauerliftinq üzrə dünya kuboku yarışı başa çatıb
03-05-2019

Xəbər verdiyimiz kimi, Macarıstanın Eger şəhərində para-pauerliftinq üzrə dünya kuboku yarışı başa çatıb. Turniri 3 qızıl və 1 bürünc medalla başa vuran idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib.

Tədbirə Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, Azərbaycan Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, komandanın baş məşçqisi, idmançılar və federasiyanın nümayəndələri qatılıblar. Baş katibin müavini Azər Əliyev giriş sözü ilə çıxış edərək idmançılarımızı salamlayaraq onları əldə edilən uğur münasibətilə təbrik edib. Daha sonra Milli Olimpiya Komitəsinin rəsmisi qarşıdakı yarışlara hazırlığın önəmindən danışıb. O bildirib ki, paraatletlərimiz beynəlxalq turnirlərə, habelə  Tokio 2020 Yay Olimpiya oyunlarına vəsiqə üçün hazırlığı səylə davam etdirməlidirlər. Daha sonra paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov idmançılarımızın dünya kubokunda nailiyyətləri haqda ətraflı məlumat verib.

Qeyd edək ki, aprelin 22-dən 29-dək davam edən dünya kubokunda komandamız 3 qızıl, 1 bürünc ümumən 4 mükafat qazanıblar. Parapauerliftinqçilərimizdən Pərvin Məmmədov 49, Elşən Hüseynov 107, Şamo Aslanov isə mütləq çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Daha bir paraatletimiz 97 kqda yarışan Nurlan Babacanov isə yarışı bürünc medalla tamamlayıb. Əlavə edək ki, dünya kubokunun yekunlarına görə komandamız medal sayına görə turnirin qalibi olub. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018