Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Kempoçularımız dünya çempionatı və kubok yarışlarını 7 medalla başa vurublar
30-04-2019

İspaniyanın Qvadelaxara şəhərində kempo (İKF) üzrə 16-cı dünya çempionatı və dünya kuboku yarışı keçirilib.

Nüfuzlu yarışlarda ölkəmizi Beynəlxalq Kempo Federasiyasının Azərbaycandakı nümayəndəsi Rauf İbrahimovun başçılığı ilə yığma komandamız təmsil edib. Turnirin ilk günündə idmançılarımız kempo submişn üzrə yarışlarda çıxış ediblər. Onlardan ən yüksək nəticəni 16-17 yaşlılar arasında 70 kiloqram çəki dərəcəsində Togrul İbrahimli qazanıb. O, bütün rəqiblərini məğlub edərək qızıl medal əldə edib. Kişilər arasında Eynulla Qafarov (70 kq) və Fərid Əhmədov (75 kg) isə gümüş medal qazanıblar.

Yarışın ikinci günündə kempo semi üzrə ustalar arasında çıxış edən Valeh Quliyev (95 kq-dan yuxarı) ikinci yeri tutub. Təmsilçimiz Togrul İbrahimli kempo full üzrə yarışlarda da böyük uğur əldə edib. Belə ki, idmançımız ikinci qızıl medalı aktivinə yazdırıb. Həmin gün nokdaun versiyası üzrə kişilər arasında Eynulla Qafarov (70 kq) birinci, Vüsal Qələndərov (95 kg) isə ikinci olublar. Komandamız ümumi hesabda üç qızıl, dörd gümüş medalla Vətənə qayıdıb.

R.İbrahimli AZƏRTAC-a müsahibəsində yığma komandanın yarışlara yüksək səviyyədə hazırlaşdığını və nəticələrin uğurlu olduğunu bildirib: “Yarışlarda Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iştirak edən yığma komandamız parlaq nailiyyətlər qazanıb. Turnir gərgin idman şəraitində keçib. Yarışa Beynəlxalq Kempo Federasiyasının tərkib hissəsi olan dünyanın beş ən böyük təşkilatı Şorinci Ryu Kempo, Nippon Kempo, Kempo Ryu, UWSKF, ICKKF də qatılıb. Şübhəsiz, bütün bunlar kemponun Olimpiadanın proqramına daxil edilməsi istiqamətində atılmış daha bir addımdır. Ümumilikdə isə turnirdə 67 ölkədən 1300-ə yaxın idmançı mübarizə aparıb”.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018