Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Elis Manolova: "17 saniyə qalib gəlmək istəyən idmançı üçün çox böyük vaxtdır"
18-04-2019

Ötən həftə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında himnimiz 4 dəfə səsləndirildi. Sonuncu dəfə himnimizi Elis Manolovanın (65 kq) uğurlu çıxışı sayəsində dinlədik. Karyerasında ilk dəfə böyüklər arasında qitənin ən güclüsü ünvanını qazanan yığmamızın üzvü Azərbaycan Güləş Federasiyasının rəsmi saytına müsahibə verib. 

- Çempion olacağını gözləyirdin?

- Çox çətin görüşlər keçirdim. Ancaq yarışa özümü elə hazırlamışdım ki, çempion olacağıma əmin idim. Keçən il Avropa çempionatının finalında hakimlərin köməyi nəticəsində Petra Olli 1-ci oldu. Həmin üzüntünü hələ də unutmamışam. Bu dəfə Olliylə qarşılaşmadan əvvəl özümə dedim ki, bu dəfə mütləq mən qalib gəlməliyəm. Çox xoşbəxtəm. Böyüklər arasında ilk Avropa çempionluğumdur. Məni təbrik edən, mənə dəstək verən, mənim üçün dua edən hər kəsə çox təşəkkür edirəm. Arzularımdan biri də çempion olduqdan sonra Azərbaycan bayrağı ilə xalçada qaçmaq idi. Mükafatlandırma mərasimində göz yaşlarımı saxlaya bilmədim. Mənim üçün duyğusal anlar idi. Bunu heç vaxt unutmayacağam.

- Finalda 0:4 geridəykən və son saniyələrdə hakim qaydalar çərçivəsində qazandığın xalı verməyəndə bir anlıq da olsa, ruh düşkünlüyü, məğlubiyyət qorxusu yaşadınmı?

- Xeyr. Qətiyyən təslim olmadım. Əksinə, bu, məni qələbə üçün daha motivasiyalı etdi. Uduzacağımı bir an belə düşünmürdüm. Sona qədər güləşdim, mübarizə apardım. Hesabda önə çıxacağımı bilirdim. Hakimlərin finalda rumıniyalı güləşçiyə simpatiya bəsləyəcəyini gözləyirdim. Rəqibi xalçadan kənarlaşdırmaqla almalı olduğum xal hesaba alınmayanda görüşün sonuna 17 saniyə qalırdı. Bu, qalib gəlmək istəyən idmançı üçün çox böyük vaxtdır. Bəzi güləşçilər sona 3-4 saniyə qalmış da 2 xal ala bilir. Çox şükür Allaha, mənə bu cəsarəti və gücü verdi. Son saniyələrdə xalımı alıb, hesabı lehimə çevirə bildim.

- 65 kq qeyri-olimpiya kateqoriyasıdır. İyunda Minskdə keçiriləcək 2-ci Avropa Oyunlarında iştirak etmək üçün 62, yoxsa 68 kq-da mübarizə aparmağı planlaşdırırsan?

- 62 kq-da çıxış etməyi düşünürəm.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018