Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
"Shamkir Chess 2019"un qalibi müəyyənləşdi
09-04-2019

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin qalibi müəyyənləşib.

Hazırkı dünya çempionu norveçli Maqnus Karslsen sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub. O, 8-ci turda Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib. İkinci yerdəki Karyakin isə 4,5 xalda qalıb.

Şəhriyar Məmmədyarov qara fiqurlarla  autsayder Aniş Giri ilə heç-heçə edib. Teymur Rəcəbov isə cari turda Hindistan təmsilçisi Vişvanatan Anandla xalı yarı bölüb.

Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə də yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub. 

8 aprel

Teymur Rəcəbov (Azərbaycan) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5

Aniş Giri (Hollandiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Veselin Topalov (Bolqarıstan) - Liren Dinq (Çin)

Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) - 0:1

Alekandr Qrişuk (Rusiya) - David Navara (Çexiya) - 1:0

Turnir cədvəli: 1. Maqnus Karlsen - 6 xal; 2-3. Sergey Karyakin,  Aleksandr Qrişuk - 4,5 xal; 4-5. Vişvanatan Anand, Teymur Rəcəbov - 4 xal; 6-8. David Navara, Veselin Topalov, Liren Dinq - 3,5 xal; 9. Şəhriyar Məmmədyarov - 3 xal; 10. Aniş Giri - 2,5 xal

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018