Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Bu gün Maqnus Karlsen "ShamkirChess"in dördqat qalibi ola bilər
08-04-2019

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində bu gün VIII turun görüşləri keçiriləcək.

Azərbaycanlı qrossmeysterlərdən Teymur Rəcəbov ağ fiqurlarla hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandla üz-üzə gələcək. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla son pillədəki Aniş Giri ilə görüşəcək. Artıq turnirin qalibi olma şanslarını Rəcəbov böyük ölçüdə, Məmmədyarov isə tamamilə itirib. Hər iki qrossmeyster son 2 turda ilk qələbə üçün yarışacaqlar.

Turun mərkəzi görüşündə isə rusiyalı Sergey Karyakin ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq. Karlsen qələbə qazansa, sona bir tur qalmış dördüncü dəfə "ShamkirChess"in qalibi adını qazanacaq.

"ShamkirChess 2019"

VIII tur

8 aprel

Sergey Karyakin (Rusiya) – Maqnus Karlsen (Norveç)

Teymur Rəcəbov (Azərbaycan) - Vişvanatan Anand (Hindistan)

Veselin Topalov (Bolqarıstan) – Dinq Liren (Çin)

Alekandr Qrişuk (Rusiya) – David Navara (Çexiya)

Aniş Giri (Hollandiya) – Şəhriyar Məmmədyarov (Azərbaycan)

Bütün görüşlər saat 15:00-da başlanacaq.

Qeyd edək ki, 7 turdan sonra Maqnus Karlsen 5 xalla 1-ci, Sergey Karyakin 4,5 xalla 2-ci pillədə qərarlaşıb. Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3.5 xalla 3 - 8-ci yerlərdədirlər. Şəhriyar Məmmədyarov 2,5 xalla 9-cu, Aniş Giri isə 2 xalla 10-cu sıradadır. Turnirə aprelin 9-da yekun vurulacaq.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018