Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Azərbaycan cüdoçuları Antalya "Qran-Pri"sini uğurla başa vurublar
08-04-2019

Üç gündür Antalyada keçirilən cüdo üzrə "Qran-Pri" yarışı başa çatıb. Beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha 2 medal qazanıblar. Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska (+78 kq) bütün rəqiblərinə qalib gələrək "Qran-Pri"nin çempionu olub. İrina Antalyada Monqolustan, İsrail, Rusiya və Braziliya cüdoçularını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuzun mükafatlandırma mərasimində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov iştirak edib. Kişi cüdoçular arasında mübarizə aparan Elmar Qasımov (-100 kq) yalnız bir görüşdə uduzaraq bürünc medala layiq görülüb. Elmar 3-cü yer uğrunda qarşılaşmada Misir idmançısı Ramazan Dərvişə qalib gəlib. Beləliklə Azərbaycan cüdoçuları Türkiyədə baş tutan nüfuzlu yarışı 4 medalla (1 qızıl, 1 gümüş və 2 bürünc) başa vurublar. Xatırladaq ki, əvvəlki yarış günlərində Rüstəm Orucov gümüş, Gültac Məmmədəliyeva bürünc medal qazanıb.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018