Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Azərbaycan ağırlıqqaldıranı olimpiya medalından məhrum edilib
29-03-2019

Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilib. 

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytı xəbər yayıb.

IOC İntizam Komissiyası olimpiada zamanı Xristovun antidopinq qaydalarını pozduğunu üzə çıxarıb. Bu, dopinq-testlərin təkrar analizləri nəticəsində müəyyənləşib. Nəticədə bolqarıstanlı legionerin olimpiadadakı nəticələri ləğv olunub. Onun 56 kq çəki dərəcəsində qazandığı bürünc medalın isə həmin yarışda 4-cü yeri tutmuş vyetnamlı Tran Le Kuok Toana verilməsi qərara alınıb. 

25 yaşlı idmançı qərardan İdman Arbitraj Məhkəməsinə apellyasiya verə bilər. O, 2012 və 2015-ci illərdə Avropa çempionu, 2011-ci ildə isə dünya çempionatının bürünc mükafatçısı olub. Xristov 2015-ci ildə orqanizmindən nandrolon tapıldığı üçün 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. 

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum olunub.  

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018