Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Ağırlıqqaldırma növü "Paris-2024" olimpiadasının proqramında saxlanılıb
27-03-2019

Ağırlıqqaldırma növünün 2024-cü il Paris Yay Olimpiya Oyunlarının proqramına şərti daxil edilməsi statusu ləğv olunub.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərindəki növbəti iclasında qərar qəbul olunub. 

Komitə üzvləri Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) son 18 ayda atdığı addımları müsbət qiymətləndirib. Həmin addımlar antidopinq işinin təkmilləşdirilməsinə və ağırlıqqaldırma növünün təmizliyinə yönəlib. Bununla belə, IOC Ümumdünya Antidopinq Agentliyi və Müstəqil Dopinq-Test Təşkilatı ilə birgə vəziyyəti ciddi nəzarətdə saxlayacaq.

Qeyd edək ki, ağırlıqqaldırmanın Yay Olimpiya Oyunlarının proqramından çıxarılmasının mümkünlüyü bu növdə dopinq problemləri ilə əlaqədar ortaya çıxıb. 2017-ci ilin dekabrında IOC İcraiyyə Komitəsi ağırlıqqaldırmanın "Paris-2024"ün proqramında qalması üçün əməl olunmalı meyarları açıqlayıb. IWF isə təmiz idmana dair müstəqil komissiyanın bütün tövsiyələrini yerinə yetirdiyini bildirib.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018