Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Bu gün Avropa Liqasında mövsümün son püşkü atılacaq
15-03-2019

Bu gün UEFA Avropa Liqasının 1/4 final və yarımfinal mərhələlərinin, eləcə də Bakıda keçiriləcək final qarşılaşmasının püşkü atılacaq.

Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Çempionlar Liqasının püşkatma mərasimindən 1 saat sonra start götürəcək.

Prosedura əsasən, komandalar “səpələnmişlər” və “səpələnməmişlər”ə bölünməyəcəklər. Bir ölkəni təmsil edən kollektivlər bir-birləri ilə düşə bilərlər.

Digər məhdudiyyətlərlə bağlı püşk ərəfəsində məlumat veriləcək. Adları birinci çıxacaq komandalar ilk oyunu evdə keçirəcəklər. Əvvəlki mövsümlərlə müqayisədə, bu dəfə təkcə 1/4 finalın deyil, yarımfinal və finalın da püşkü atılacaq. Həlledici qarşılaşmanın püşkatması inzibati səbəblərlə əlaqədar "ev komandası"nı müəyyənləşdirmək məqsədilə keçiriləcək.

Püşkatmaya qatılacaq komandalar:

“Ayntraxt” (Almaniya)

“Arsenal” (İngiltərə)

“Valensiya” (İspaniya)

“Benfika” (Portuqaliya)

“Çelsi” (İngiltərə)

“Vilyarreal” (İspaniya)

“Napoli” (İtaliya)

“Slaviya” (Çexiya)

Qeyd edək ki, aprelin 11-də və 18-də 1/4 final, mayın 2-də və 9-da yarımfinal, mayın 29-da isə Bakı Olimpiya Stadionunda final görüşü keçiriləcək.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018