Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Avropa çempionatının son günündə 3 bürünc medal
11-03-2019

Serbiyanın Novi Sad şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı sona çatıb.

Altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.
Əsgər Məmmədəliyev qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz əvvəlcə ispan, daha sonra isə macar güləşçini vaxtından əvvəl məğlub edərək adını yarımfinala yazdırıb. Şamil Zubairov da eyni uğura imza atıb. Ötən il bu yaş qrupunda dünya çempionu olan yığmamızın üzvü İtaliya və Ermənistan təmsilçiləri üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq Hacımurad Məhəmmədsəidov və İslam Abuyev debütdə rəqiblərinə uduzublar. Hacımuradın rəqibi finala yüksəldiyi üçün yığmamızın üzvü martın 10-da təsəlliverici görüşə çıxıb. İtalyan rəqibinə heç bir şans tanımayan Hacımurad növbəti görüşdən də qalib ayrılaraq bürünc medalı boynundan asıb.

Yarımfinal qarşılaşmaları axşam seansında keçirilib. Əsgər finalın bir addımlığında Rusiya təmsilçisiylə bacarmayıb. Şamil isə yarımfinalda Ukraynadan olan həmkarına uduzub. Hər iki güləşçimiz martın 10-da bürünc medal uğrunda mübarizə aparıb. Əsgər Belarus təmsilçisini üstələyərək Avropa üçüncüsü olub. Şamil də öz növbəsində Belarus təmsilçisinə ilk hissədə qalib gələrək bürünc medalla təsəlli tapıb.

Xatırladaq ki, ötən gün Davud İbrahimov (70 kq) eyni uğura imza atıb. Beləliklə, sərbəst güləş yığmamız Avropa çempionatını 4 bürünc medalla başa vurub.  

61 kq
Bürünc medal görüşü - Əsgər Məmmədəliyev - Vladislav Koyka (BLR) 7:1
1/2 final - Əsgər Məmmədəliyev - Abashacı Məhəmmədov (RUS) 0:10
1/4 final - Əsgər Məmmədəliyev - Karoli Kiss (HUN) 10:0
Təsnifat - Əsgər Məmmədəliyev - Karlos Alvares İqlesias (ESP) 10:0

86 kq
Bürünc medal görüşü - Hacımurad Məhəmmədsəidov - Yohannes Martin Deml (GER) 8:4
Təsəlliverici görüş - Hacımurad Məhəmmədsəidov - Qabriele Doro (İTA) 10:0
1/8 final - Hacımurad Məhəmmədsəidov - Əli Musaləliyev (RUS) 0:5

92 kq
Bürünc medal görüşü - Şamil Zubairov - Aleksey Rudzianok (BLR) 12:0
1/2 final - Şamil Zubairov - Vasil Sova (UKR) 2:7
1/4 final - Şamil Zubairov - Sarqis Hovsepyan (ARM) 6:4
Təsnifat - Şamil Zubairov - Uilyam Raffi (İTA) 6:1

125 kq
1/4 final - İslam Abuyev - Georgi Noqayev (SVK) 0:2

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018