Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Çempionlar Liqasının oyunlarında VAR-dan hansı hallarda istifadə ediləcəyi açıqlanıb
11-02-2019

UEFA Hakimlər Komitəsinin sədri Roberto Rozetti Çempionlar Liqası oyunlarında videotəkrar sistemindən (VAR) istifadə qaydalarını açıqlayıb.

Bu barədə 52 yaşlı sabiq referi qurumun rəsmi saytına müsahibəsində bildirib. Rozettinin sözlərinə görə, VAR hakimi matçın gedişinə təsir göstərən dörd vəziyyətdə açıq və aydın səhv gördüyü vaxt oyuna müdaxilə edəcək: "Bunlara qoldan öncəki qayda pozuntuları, penalti haqqında qərarlar və penaltidən öncəki qayda pozuntusu, birbaşa qırmızı vərəqə və futbolçuların yanlış identifikasiyası daxildir. Bu, eyni zamanda hücumdakı və oyundan kənar vəziyyətdə vurulan qollara da aiddir". 

İtaliyalı sabiq referi VAR-ın tətbiqinin turnirlərə fayda verəcəyini də söyləyib: "Bu, hakimlərə əhəmiyyətli dərəcədə kömək edəcək və səhv qərarların sayını azaldacaq".

Rozetti yeni 3D texnologiyalarının videoköməkçi hakimlərə oyundankənar vəziyyətin olub-olmadığını müəyyənləşdirməyə kömək edəcəyini bildirib: "Həmin köməkçi hakimlər qaydalara görə, qırmızı vərəqə ilə cəzalandırılmalı olan açıq kobud oyuna müdaxilə edə bilərlər". 

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsindən etibarən VAR sistemindən istifadə olunacaq. Hakimlər həmçinin Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununda da VAR-dan yararlana biləcəklər. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018