Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Aslan Ağayev: "Ədirnədə Çin və Monqolustan yığmalarıyla birgə toplanış keçəcəyik"
07-02-2019

2019-cu ildə ilk təlim-məşq toplanışını Türkiyənin Kayseri şəhərində keçən qadınlardan ibarət yığmamız hazırlıq prosesini başa vurduqdan sonra Fransanın Nitsa şəhərində təşkil olunan “Qran-pri”də qüvvəsini sınadı. Millimiz Qərbi Avropadan vətənə 3 medalla qayıtdı. Komandanın baş məşqçisi Aslan Ağayev Azərbaycan Güləş Federasiyasının rəsmi saytına bununla bağlı açıqlama verib:

“Təlim-məşq toplanışı yüksək səviyyədə keçdi. Dağlıq məkanında keçdiyimiz hazırlığın böyük faydası oldu. Əsas fiziki hazırlığa diqqət yetirmişdik. Ancaq taktiki-texniki hazırlığı da unutmamışdıq. Çünki Fransadakı “Qran-pri” turnirinə hazırlaşırdıq. Daha sonra 6 güləşçiylə Nitsa şəhərinə yollandıq. “Qran-pri”də 3 medal qazandıq. Alyona Kolesnik (57 kq) və İrina Netreba (65 kq) çempion oldu. Səbirə Əliyeva (76 kq) isə üçüncü yeri tutdu. Əslində digər yığma üzvləri də yaxşı güləşdi. İştirakçı sayı az olduğundan onlar dairəvi sistem üzrə mübarizə apardı. Elmira Qəmbərova (62 kq) üç görüşdə qələbə qazandı, bir qarşılaşmada uduzdu. Ancaq onun qalib gəldiyi rəqib medal qazansa da, Elmira fəxri kürsüyə qalxa bilmədi. Türkan Nəsirovanın (50 kq) nəticəsi isə iki qələbə, iki məğlubiyyət oldu. Tatyana Varantsova (53 kq) gənc güləşçidir. Onu da bu yarışda sınaqdan keçirdik. Pis təsir bağışlamadı, amma üzərində hələ çox işləməlidir”.

Təcrübəli mütəxəssis qarşıdakı planlar haqqında bunları deyib: “Fevralın 20-dən Türkiyədə növbəti təlim-məşq toplanışına başlayacağıq. Bu dəfə hazırlıq prosesi Ədirnədə baş tutacaq. Gənclər də bizimlə birgə toplanışda iştirak edəcək. Onlar oradan 23 yaşadək güləşçilərin Avropa çempionatına yollanacaq. Qalan heyət martın 4-də vətənə qayıdacaq. Ədirnədə Çin və Monqolustan yığmalarıyla birgə toplanış keçəcəyik. Böyüklərin qitə birinciliyinə qədər daha bir Türkiyə toplanışı gözlənilir. Ancaq son hazırlıq prosesinin Türkiyənin hansı şəhərində keçiriləcəyi hələ məlum deyil”.

Yığmamızın çalışdırıcısı yeniyetmələr arasında dünya və Avropa çempionu, Olimpiadanın bürünc medalçısı Şahanə Nəzərovanı da nəzərində saxlayır: “Ədirnə toplanışında Şahanə Nəzərova da iştirak edəcək. Hazırda onun çəkisi 44 kq-dır. Çəkisini minimum 50 kq-a yüksəltməliyik ki, ən yüngül kateqoriyada iştirak edə bilsin. Bunun üçün ayrıca məşqçi tutmuşuq. Fiziki durumunu istədiyimiz səviyyəyə çatdırmağa və əzələ kütləsini artırmağa çalışırıq”. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018