Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
“Formula 1” pilotlarının 2019-cu il mövsümü üçün əmək haqlarının məbləği açıqlanıb
29-01-2019

“Formula 1” pilotlarının 2019-cu il mövsümü üçün əmək haqlarının məbləği açıqlanıb.

Almaniyanın “Mercedes” komandasını təmsil edən Lüis Hemilton ən ödənişli pilot ünvanını qoruyub. Britaniyalının illik maaşı 57 milyon dollar təşkil edəcək. 

İkinci sırada İtaliya “Ferrari”sinin sürücüsü Sebastyan Fettel qərarlaşıb. Almaniyalı idmançının qazancı 45 milyon dollar olacaq. “Üçlüy”ü Fransanın “Renault” komandasının pilotu Daniel Rikkardo qapayır. Avstraliyalı sürücü 17 milyon dollar məvacib alacaq.

“Formula 1” pilotlarının mövsümlük maaşları (dollar)

1. Lüis Hemilton (“Mercedes”) – 57 milyon

2. Sebastyan Fettel (“Ferrari”) – 45 milyon

3. Daniel Rikkardo (“Renault”) – 17 milyon

4. Maks Ferstappen (“Red Bull”) – 13,5 milyon

5. Valtteri Bottas (“Mercedes”) – 8,5 milyon

6. Kimi Raykkonen (“Sauber”) – 4,5 milyon

7. Niko Hülkenberq (“Renault”) – 4,5 milyon

8. Karlos Sayns (“McLaren”) – 4 milyon

9. Şarl Lekler (“Ferrari”) – 3,5 milyon

10. Serxio Peres (“Racing Point”) – 3,5 milyon

11. Roman Qrojan (“Haas”) – 1,8 milyon

12. Pyer Qasli (“Red Bull”) – 1,4 milyon

13. Lens Stroll (“Racing Point”) – 1,2 milyon

14. Kevin Maqnussen (“Haas”) – 1,2 milyon

15. Robert Kubitsa (“Williams”) – 570 min

16. Daniil Kvyat (“Toro Rosso”) – 300 min

17. Lando Norris (“McLaren”) – 260 min

18. Antonio Covinatsi (“Sauber”) – 230 min

19. Corc Rassell (“Williams”) – 180 min

20. Aleksandr Albon (“Toro Rosso”) – 170 min

Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran Prisi ilə yekun vurulacaq. Azərbaycan Qran Prisi 26-28 apreli əhatə edəcək.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018