Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Azərbaycan karateçiləri Xorvatiyada 10 medal qazanıblar
14-01-2019

Azərbaycanın karate üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandaları Xorvatiyanın Samobor şəhərində keçirilən Qran Pridə 10 medal qazanıb.

Əldə olunmuş mükafatlardan 4-ü qızıl, 1-i gümüş, 5-i isə bürünc olub. Katada Roman Heydərov 18 - 20 yaşlı gənclər və böyüklər arasında qalib olub. Ceyhun İsmayılov 16-17 yaşlılar arasında birinci yeri tutub.

Kumite yarışlarında Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, 57 kq) qızıl, Murad Hacızadə (18 - 20 yaşlı gənclər, +84 kq) gümüş medala yiyələnib. Fidan Dadaşova (14-15 yaşlı yeniyetmələr, 47 kq), Mədinə Sadıxova (16 - 18 yaşlı gənclər, 48 kq), Tural Yaqubov (16 - 18 yaşlı gənclər, 68 kq), Müseyib Məmmədov (18 - 20 yaşlı gənclər, 60 kq) və Emil Güləhmədov isə (18 - 20 yaşlı gənclər, 84 kq) bürünc mükafata layiq görülüblər.

Qeyd edək ki, Qran Pridə 23 ölkədən 1621 karateçi mübarizə aparıb. Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandaları 8 - 10 fevralda Danimarkanın Olborq şəhərində keçiriləcək Avropa çempionata gözləyir. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018