Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Boksçularımız Rusiyadan 3 medalla qayıdır
18-12-2018

 

Rusiyanın Xantı-Mansiysk şəhərində Fərman Salmanovun xatirəsinə həsr olunan Neft Ölkələrinin Dünya Kuboku keçirilib. XVI dəfə təşkil edilən yarışda Azərbaycan millisinin boksçuları da iştirak ediblər. 

Məhəmməd Abdullayev (+91) turniri qızıl medalla başa vurub. O, finalda fransalı Camili Aboudo-Moindzeni 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib.

Abdullayevlə yanaşı, Məsud Yusifzadə (52 kq) və Rauf Rəhimov (81 kq) da fəxri kürsüdə yer alıb. Hər iki idmançı yarışı 3-cü pillədə başa vurub. Onlar yarımfinalda, müvafiq olaraq, rusiyalı Bator Saqulayev (1:4) və fransalı Ntambve Qaetana (0:5) uduzublar.

Neft Ölkələrinin Dünya Kubokunda 1 qızıl və 2 bürünc medal qazanan kişilərdən ibarət Azərbaycan yığması komanda hesabında 3-cü yeri tutub. Ev sahibi Rusiya həm kişilərin, həm də qadınların mübarizəsində birinci olub. Onlar 16 ölkənin qatıldığı turnirdə 32 (10-9-13) medala yiyələniblər.

 

 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018