Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
"Astana" Qriqorçukun qayıdacağı vaxtı açıqladı
06-12-2018

Ukrayna mətbuatında “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun “Astana”ya qayıdacağı ilə bağlı xəbərlər yayılıb. Ukraynalı mütəxəssisin yaxın vaxtlarda yenidən öz işinin başına dönəcəyi, hazırda onun səlahiyyətlərini yerinə yetirən Qriqori Babayanın əvvəlki kimi köməkçi məşqçi olacağı bildirilib.

Yayılan məlumatla bağlı açıqlama verən “Astana”nın mətbuat xidməti məsələyə komandanın Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun “Renn”lə səfər oyunundan sonra aydınlıq gələcəyini vurğulayıb:“Komandanı “Renn”lə oyuna Qriqori Babayanın başçılıq etdiyi məşqçilər korpusu hazırlaşdırır. Avroliqanın qrup mərhələsinin matçları başa çatdıqdan sonra Roman Qriqorçukun hansı tarixdə öz vəzifəsinə qayıdacağı ilə bağlı məlumat veriləcək".

Qeyd edək ki, ötən mövsümün sonunda “Qəbələ”dən ayrılaraq “Astana”nın sükanı arxasına keçən Qriqorçuk şəxsi məsələləri səbəbindən avqust ayında müvəqqəti olaraq Qazaxıstan klubunu tərk etmişdi.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018