Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Joze Mourinyo: "Azarkeşlər 90 dəqiqə məni təhqir etdilər"
08-11-2018

"Çox yaxşı oyun idi. Yüksək səviyyədə futbol oynadıq. Komandam sonadək mübarizə apardı. Milyonlarla insan bu qələbəyə sevindi. Amma mən "Yuventus"a hörmət edirəm. Futbolçularımla qürur duyuram. Onlar mümkün olan hər şeyi etdi".

Bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Yuventus"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Yuventus"da möhtəşəm oyunçular var. Bonuççinin ötürməsi, Ronaldonun qolu gözəl idi. Bu komanda evdə fantastik oynayır" - deyə  o bildirib.


J.Morunyo görüşdən sonra tribunaları hədəf alaraq əlini qulağına aparmağı ilə bağlı etdiyi hərəkətə də münasibət bildirib: "Gözəl bir İtaliya şəhərində məni 90 dəqiqə təhqir etdilər. Onları təhqir etmədim. Sadəcə kiçik bir hərəkət etdim. Milyonlarla "İnter" azarkeşinin bundan məmnun olduğunu bilirəm. Ancaq "Yuventus"a, oyunçularına, rəhbərliyi sahib olduqları səviyyəyə görə hörmət edirəm".

Qeyd edək ki, Mourinyo 2008-2010-cü illərdə "İnter"i çalışdırıb.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018