Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Maltanın baş məşqçisi: "Azərbaycanın Kosovo ilə səfər oyunu həlledici olacaq"
14-10-2018

UEFA Millətlər Liqasında IV turun sabah keçiriləcək Azərbaycan – Malta oyunuöncəsi mətbuat konfransında qonaq komandanın baş məşqçisi Rey Farucciya jurnalistlərin suallarını cavablandırdı. Maltalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi.

 

- Azərbaycana qarşı sabahkı oyun çox çətin olacaq. Xüsusilə də rəqib Farer adaları üzərində gözəl qələbədən sonra meydana çıxacaq. Bu, onlar üçün böyük motivasiya olacaq. Biz isə Kosovoya uduzmuşuq. 3 gün ərzində ikinci dəfə səfərdə oynayacağıq. Hər tərəfdən bizim üçün çətin olacaq.

 

- Kosovo ilə oyunda hesabı bərabərləşdirmişdiz, amma ikinci hissədə buraxılan qollarla uduzduz. Komandaya nəticəni qorumağa nə mane oldu? Həmin matçdan hansı nəticələri çıxardız?
- Kosovo çox güclüdü. Ağır oyunumuz oldu. Azərbaycan millisi də çətin rəqibdi. Amma əlimizdən gələni edəcəyik. Çıxardığımız nəticə budu ki, kompakt oynamalı və müdafiədə səhvlər buraxmamalıyıq.

 

- Malta 1 xalla sonuncu yerdədi. Nə fikirləşirsiz, digər komandalarla fərq daha da artacaq?
- Deməzdim ki, fərq get-gedə artacaq. Cavan komandamız var. Bir neçə gənc futbolçunu milliyə cəlb etmişəm. Bu prosesə start vermişəm. Yeni komanda qururuq. Bunu keçid fazası adlandırıram. Əvvəl-əvvəl çətin olacaq, amma gələcəkdə bunun nəticəsini görəcəyik.

 

- Qrup mərhələsi artıq yarılanıb. Millətlər Liqası Malta üçün nə qədər faydalı oldu?
- Yoldaşlıq oyunu ilə belə turnir matçlarının fərqi böyükdü. Çox önəmli yarışdı. Yeni imkanlar açılır. Biz çox çətin qrupa düşmüşük. Liqada ən çətin qrup bu idi. Azərbaycan və Kosovo çox güclü iki komandadı. Bizə vaxt lazımdı ki, futbolçular yüksək səviyyəyə çatsın. Məsələn, hamı baxıb yanımda oturan kapitanımız Acusdan örnək götürə bilər. Bəli, deyə bilərəm ki, bu turnir bizim üçün çox faydalı oldu.

 

- Kosovo və Azərbaycan yığmalarını müqayisə etsəz, hansı daha təhlükəlidi?- Məncə, bu komandalar arasında böyük fərq yoxdu. Amma Azərbaycan üçün çətin olacaq. Çünki səfərdə oynayacaq. Hər ikisi bizim üçün güclü rəqibdi. Azərbaycanın Kosovo ilə səfər oyunu həlledici olacaq.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018