Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Şahmatçılarımız ABŞ-a uduzdu, Gürcüstana qalib gəldi
03-10-2018

Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün 8-ci turun oyunları keçirilib.

Azərbaycanın kişilərdən ibarət yığma komandası ABŞ-la üz-üzə gəlib. Qarşılaşma millinin məğlubiyyəti ilə başa çatıb - 1,5:2,5.

Şahmatçılarımızdan yalnız Teymur Rəcəbov qalib gəlib. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov uduzub, Arkadi Naydiçi isə rəqibi ilə heç-heçə edib. 

Bu nəticədən sonra xallarının sayını 15-ə yüksəldən ABŞ kollektivi vahid lider olub. Azərbaycan millisi isə 13 xalla 3-cü yerdədir.

Qadınlardan ibarət millimiz isə Gürcüstan yığması ilə qarşılaşıb. Komandamız meydan sahiblərini 2,5:1,5 hesabı ilə üstələyib.   
 
Günay Məmmədzadə və Xanım Balacayeva rəqiblərini məğlub edib. Gülnar Məmmədova heç-heçə edib. Zeynəb Məmmədyarova isə uduzub. 

Bu nəticədən sonra qadınlardan ibarət milli komanda 13-cü xalını qazanıb. 
43-cü Ümumdünya Şahmat Olimpiadası

VIII tur

Kişilər

ABŞ - Azərbaycan -  2,5:1,5

Fabiano Karuana - Şəhriyar Məmmədyarov - 1:0 
Uesli So - Teymur Rəcəbov - 0:1 
Hikaru Nakamura - Arkadi Naydiç - 0,5:0,5
Samuel Şanklend - Rauf Məmmədov - 1:0 
 
Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb
 
Qadınlar 

Gürcüstan - Azərbaycan - 1,5:2,5

Salome Meliya - Günay Məmmədzadə - 0:1 
İnqa Çarxalaşvili - Zeynəb Məmmədyarova 1:0 
Sofio Qvetadze - Xanım Balacayeva - 0:1
Sopiko Xuxaşvili - Gülnar Məmmədova - 0,5:0,5
 
Məmmədyarova və Məmmədova ağ, Məmmədzadə və Balacayeva qara fiqurlarla oynayıb. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018