
Bakıda keçirilən cüdo üzrə dünya çempionatına ötən gün yekun vurulub. Sonuncu - səkkizinci yarış gündə qarışıq komanda yarışları baş tutub.
Fərdi mübarizədə də bütün ölkələrdən üstün olan Yaponiya qarışıq komanda yarışında da qızıl medal qazanıb. "Gündoğar ölkə" təmsilçisi finalda Fransadan güclü olub - 4:1. Rusiya və Birləşmiş Koreya komandaları isə bürünc medala sahib olublar. Qeyd edək kİ, Azərbaycan millisi qarışıq komanda yarışlarında bürünc medal uğrunda görüşdə Rusiya yığmasına məğlub olaraq 5-ci yeri tutub.