Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Gənc güləşçilərin Avropa çempionatı üçün heyəti açıqlandı
29-07-2018

30 iyul - 5 avqust tarixlərində İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı keçiriləcək. Çempionatda hər üç güləş növü üzrə yığmamızın üzvləri iştirak edəcək.

İlk olaraq mübarizəyə yunan-Roma güləşçiləri başlayacaq. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında İtaliyaya 7 güləşçimiz yollanıb. Heyətdə Zaur Əliyev (55 kq), Zaur Nuriyev (60 kq), Kamran Mirzəliyev (63 kq), Məmmədəli Həsənov (67 kq), Ülvi Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq) və Nəzərşah Fətullayev (87 kq) yer alıb.

1-3 avqustda mübarizəyə qoşulacaq gənc qızların mübarizəsində yığmamız 3 idmançı ilə təmsil olunacaq. Məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında çempionata Yasəmən Məcidli (50 kq), Tatyana Varantsova (53 kq) və Ceyla Nağızadə (65 kq) yollanacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edəcək.

Sərbəst güləş yığmasının heyəti qarşıdakı günlərdə elan ediləcək.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018