Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
"Minsk-2019" II Avropa Oyunlarında cüdo yarışları fərdi və qarışıq formatda olacaq
20-07-2018

"Minsk-2019" II Yay Olimpiya Oyunlarında cüdo fərdi və qarışıq yarış formatında təmsil olunacaq.

Bu barədə Avropa Cüdo İttifaqının (EJU) prezidenti Sergey Soloveyçik açıqlama verib. O, müvafiq müqaviləni artıq Avropa Olimpiya Komitələri (EOC) ilə imzaladıqlarını bildirib. Soloveyçik yeni qaydalarla qarışıq yarış formatını Rusiyanın Yekaterinburq şəhərində bu gün start götürən Avropa çempionatında sınaqdan çıxaracaqlarını diqqətə çatdırıb: "Cüdo inkişaf edir. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının proqramında cüdonun yeni növü yer alacaq. Yekatinburqdakı Avropa çempionatı bütün iştirakçı komandalar üçün olimpiadaya hazırlıq baxımından çox vacibdir. Azarkeşlər üçün bu, əsl bayram olacaq. Çünki əvvəla, Avropa cüdo məktəbi dünyada ən güclülərdəndir. İkincisi, komanda yarışı həmişə xüsusi maraqlı olması ilə fərqlənib".

Qeyd edək ki, qarışıq komanda yarışlarında yığmaların heyəti 3 kişi (73 kq, 90 kq və 90 kq-dan yuxarı), 3 qadından (57 kq, 70 kq və 70 kq-dan yuxarı) ibarət olur. Beynəlxalq Olimpiya Komitəsi cüdo üzrə qarışıq komanda yarışını Tokio olimpiadasının proqramına 2017-ci ildə daxil edib. Belə formatda ilk yarış 2017-ci ilin avqustunda Çilidə gənclər arasında dünya çempionatına təsadüf edib. Həmin birinciliyin qalibi Rusiya olib.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018