Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Voleybol millimizin üzvü qərarını dəyişdi
04-05-2018

“Azərreyl” klubunun voleybolçusu Valeriya Məmmədova (Korotenko) Azərbaycan millisində karyerasını başa vurmaqla bağlı qərarını dəyişib. 

Bu barədə 34 yaşlı liberonun özü məlumat verib. O bildirib ki, yığmaya dönüşü Faiq Qarayevin rəhbərlik etdiyi kollektivin Qızıl Avropa Liqasında əldə edəcəyi nəticələrdən asılıdır: “Hazırda millidə libero mövqeyində üç voleybolçu - Ceyran İmanova, Bəyaz Əliyeva və Yuliya Kərimova var. Gənclərə şans verilməsinin tərəfdarıyam. Onların qarşıdakı yarışda özlərini necə göstərəcəklərinə baxacağıq. Ehtiyac yaranarsa, dünya çempionatında çıxış üçün yığma karyeramı bərpa edə bilərəm”.

Qeyd edək ki, Valeriya Məmmədova 2002 – 2017-ci illərdə Azərbaycan millisinin formasını geyinib. Avropa Liqasında Azərbaycan millisi Bolqarıstan, Portuqaliya və Ukrayna yığmaları ilə birdə A qrupunda yer alıb. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv ilk dövrədə mayın 19-da və 23-də Bakı İdman Sarayında müvafiq olaraq Ukrayna və Portuqaliya kollektivləri ilə qarşılşacaq. Mayın 26-da səfərdə Bolqarıstanla üz-üzə gələcək. İkinci dövrədə ilk matçını mayın 30-da Bolqarıstana qarşı keçirəcək yığma, iyunun 2-də Portuqaliyanın, 4 gün sonra isə Ukraynanın qonağı olacaq. Bolqarıstan, Portuqaliya və Ukrayna ilə eyni qrupda yer alıb. Dünya çempionatında isə Faiq Qarayevin baş məşqçi olduğu kollektiv sentyabrın 29-da ABŞ, sentyabrın 30-da Cənubi Koreya, oktyabrın 2-də Rusiya, oktyabrın 3-də Trinidad və Tobaqo, oktybarın 4-də Tailandla qarşılaşacaq.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018