Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Güləşçimiz Avropa çempionu oldu
02-05-2018

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Rusiyanın Kaspiysk şəhərində keçirilən böyüklər arasında güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb. Yarışda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı çempionatın finalında estoniyalı Helari Maeqissaluna qalib gəlib. E.Əzizli həlledici görüşdə rəqibini 8:0 hesabı ilə məğlub edərək Avropa çempionu olub. Bununla da o, çempionatda Azərbaycan millisinə ilk qızıl medalı qazandırıb.

Digər güləşçilərimizdən Rəsul Çunayev üç, Rafiq Hüseynov iki, Murad Məmmədov bir görüşü qalib başa vuraraq yarımfinala yüksəliblər. Yarımfinal görüşündə Murad Məmmədov İtaliya, Rəsul Çunayev Gürcüstandan olan rəqiblərini üstələyib və finala yüksəlib. Həlledici görüşdə hər iki güləşçimizin rəqibi Rusiya təmsilçiləri olacaq.

Rafiq Hüseynov isə Belarus idmançısı ilə görüşdə məğlub olaraq bürünc medal uğrunda görüşə haqq qazanıb. Çempionatda 67 kiloqram çəki dərəcəsində yarışan Elman Muxtarov təsəlliverici görüşə çıxacaq.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2018