Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Maqnus Karlsen "ShamkirChess"in üçqat qalibi olub
29-04-2018

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" superturnirinə yekun vurulub. IX turun mərkəzi qarşılaşması norveçli dünya çempionu Maqnus Karlsenlə çinli Dink Liren arasında oynanılıb.

Görüş 28-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Bununla da 9 oyundan 6 xal toplayan Karlsen "ShamkirChess"də üçqat qalib olub. Çinli qrossmeyster isə 5,5 xalla 2-ci yeri tutub.

Qalan görüşlərdən 3-də də eyni nəticə qeydə alınıb.

Qələbə şanslarını itirmiş Azərbaycan təmsilçilərindən Rauf Məmmədov ağ fuqurlarla Şəhriyar Məmmədyarovu sınağa çəkib. Tərəflər 27-ci gedişdə heç-heçəyə razılaşıblar. Teymur Rəcəbov qara fiqurlarla çexiyalı autsayder David Navara ilə xalı 23-cü gedişdə yarı bölüb.

Daha bir "sülh" polşalı Radoslav Voytaşeklə hollandiyalı Aniş Giri arasındakı görüşdə qeydə alınıb. Onların qarşılaşması 32-ci gedişdə yekunlaşıb.

Nəhayət, ən uzun sürən partiyada rusiyalı Sergey Karyakin bolqarıstanlı Veselin Topalovla qarşılaşıb. 5 saat 12 dəqiqə davam etmiş görüş Karyakinin qələbəsi ilə yekunlaşıb. Bununla da Karyakin 5 xalla 3-cü yeri tutub.

"Shamkir Chess 2018", IX tur, 28 aprel

Maqnus Karlsen (Norveç) - Dinq Liren (Çin) - 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 1:0

Radoslav Voytaşek (Polşa) - Aniş Giri (Hollandiya) - 0,5:0,5

Rauf Məmmədov (Azərbaycan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

David Navara (Çexiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5

Yekun xal durumu: 1. Maqnus Karlsen - 6 xal, Dinq Liren - 5,5 xal, Sergey Karyakin - 5 xal, 4 - 7. Şəhriyar Məmmədyarov, Radoslav Voytaşey, Aniş Giri, Teymur Rəcəbov - hərəyə 4,5 xal, 8-9. Veselin Topalov, Rauf Məmmədov - hərəyə 4 xal, David Navara - 2,5 xal.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016