Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
"Trabzonspor"un baş məşqçisi: "Ramil Şeydayev yayda komandaya qayıdacaq"
12-03-2018

Xəbər verdiyimiz kimi, Türkiyənin “Trabzonspor” klubuna UEFA tərəfindən transfer qadağası qoyulub. Klub yay “transfer pəncərəsi”ndə heyəti gücləndirə bilməyəcək. Bu vəziyyətdə müqavilə ilə Qaradəniz təmsilçisinə məxsus olan, icarə əsasında “Qarabağ”da çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayevin Super Liqa klubuna dönmək şansı yaranacaq.

Bununla bağlı “Trabzonspor”un baş məşqçisi Rza Çalımbay açıqlama verib. O, Ramilin Trabzon klubuna dönmək şansının olduğunu bildirib: “Əlbəttə, Ramil mövsümün sonunda bizim komandaya dönəcək. Çünki müqavilə ilə bizə məxsusdur. Oynamasına gəlincə, bunu indidən deyə bilmərəm. Komandada yaxşı məşq edib özünü göstərə bilsə, növbəti mövsüm üçün heyətdə qalacaq”.

Çalımbay Ramilin yenidən icarəyə verilmə şanslarını isə belə dəyərləndirib: “Bu barədə hələ ki, danışacağıq. Vəziyyətə baxacağıq”.

“Ramil Şeydayevi “Qarabağ”da izlədinizmi” sualına təcrübəli mütəxəssis belə cavab verib: “Hər zaman diqqətimizdədir”.

Baş məşqçi komandadan heç bir futbolçunun göndərilməyəcəyini bildirib: "Transfer cəzasına görə heç bir futbolçu burdan getməyəcək".

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016