Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Antonio Konte: "Çelsi”nin problemini çox şişirdirlər"
12-02-2018

“Biz Premyer Liqada 5-ci pillədə gedən və Çempionlar Liqasında “Barselona” ilə oyuna hazırlaşan komandadan danışırıq. İngiltərə kubokunda mübarizəni davam etdiririk və Liqa kubokunun yarımfinalındayıq”.
Bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib. Son vaxtlar uğursuz nəticələrə görə komandasına yönələn tənqidlərə münasibət bildirən italiyalı mütəxəssis problemin çox şişirdildiyini vurğulayıb:

“İki oyun ardıcıl uduzanda nələrinsə qaydasında olmadığını başa düşürük. Amma hazırkı vəziyyətimizi çox şişirdirlər. Hər şey elə görünür ki, biz sanki yaşamaq üçün mübarizə aparırıq. Bir sıra şayiə və fərziyyələrə baxmayaraq, komanda olaraq, ümidləri doğrulduruq. Düşünmürəm ki, bu mövsüm kimsə çempion olacağımıza inanır. Titul uğrunda Mançesterin iki təmsilçisi mübarizə aparır. Biz ötən mövsüm də onlardan geridəydik”.

Konte bu cür təzyiqlərə hazırlıqlı olmalı olduqlarını söyləyib: “Klub və mənim barəmdə şayiələr həddindən artıq çoxdur. Balansı qorumaq lazımdır. Bilirəm ki, biz bu cür təzyiqlərə hazırlıqlı olmalıyıq. “Çelsi”də məni və futbolçuları hər şey qane edir”.

Qeyd edək ki, son vaxtlar uğursuz nəticələrə görə Kontenin istefaya göndəriləcəyi ilə bağlı xəbərlər dolaşır.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016