Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
"Lokomotiv" tarixə düşdü
30-11-2017

Kişi voleybolçular arasında “Çelenc Cup” turnirinin II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Ölkəmizi bu yarışda təmsil edən Azərbaycan çempionu “Lokomotiv” ikinci matçında Kiprin “Apoel” klubunun qonağı olub. Fərid Cəlalovun rəhbərlik etdiyi komanda ilk qarşılaşmada 3:0 hesabı ilə qalib gəlsə də, cavab görüşü gözlənildiyi kimi çətin keçib.

Matça təmsilçimiz üstün başlayıb və ilk setdə qələbə qazanıb. Ancaq sonradan toparlanın meydan sahibləri ardıcıl iki hissəni qələbə ilə başa vurublar. Vəziyyətin dəyişdiyini başa düşən komandamızın baş məşqçisi Fərid Cəlalov taktiki gediş edib. Belə ki, 4-cü seti rəqibə “hədiyyə” edən mütəxəssis əsas oyunçularını həlledici – “qızıl set” üçün saxlayıb.

Qarşılaşmanın əsas hissəsi “Apoel”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qızıl set”də isə Cəlalovun taktikası özünü doğruldub. 15:11 hesablı qələbə qazanan “dəmiryolçular” ilk dəfə qatıldıqları “Çelenc Cup”da 1/16 final mərhələsinə yüksələrək tarix yazıblar.

29 noyabr

“Çelenc Cup”

II təsnifat mərhələsi, cavab oyunu

“Apoel” (Kipr) - “Lokomotiv” (Azərbaycan) - 3:1 (19:25, 25:22, 25:11, 25:15)

Qızıl set: 11:15

“Lokomotiv”: Aleksey Çervyakov, Abbas Cəfəri, Ruslan Əliyev, Dmitri Baranov, İvan Kazaçkov, Dmitri Obodnikov, Vüqar Bayramov, Murad Abdurazakov, Rəsul İbrahimov, Əli Maqomedov, Pərviz Səmədov, Andrey Vasilenko, Asif Əliyev, Kənan Allahverdiyev, Zeynalabdin Qasımov

Hakimlər: Vitali Parşin (Ukrayna), Lukas Kraloviç (Slovakiya)

Nikosiya. “Lefkozeo” Sarayı

İlk oyun: “Lokomotiv” (Azərbaycan) – “Apoel” (Kipr) - 3:0 (25:20, 25:21, 25:19)

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016