Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Batut və tamblinq üzrə Azərbaycan çempionatı keçiriləcək
23-11-2017

Noyabrın 23-də Milli Gimnastika Arenasında növbəti yarışlar start götürəcək. 4 gün ərzində batut və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi, bədii gimnastika üzrə paytaxt çempionatı və birinciliyi, həmçinin aerobika üzrə açıq ölkə və Bakı çempionatları təşkil ediləcək.

Belə ki, yarışların ilk günü – noyabrın 23-də tamblinqçilər mübarizə aparacaqlar. Daha sonra isə meydançanı aerobika təmsilçiləri və bədii gimnastlar bölüşəcəklər (24-25 noyabr). Turnirin son günü (26 noyabr) isə bədii gimnastlarla yanaşı, batutçular da mübarizəyə qoşularaq öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.

Aerobika üzrə açıq Azərbaycan çempionatına yerli gimnastlarımızla yanaşı, Estoniya, Bolqarıstan, Almaniya, Macarıstan və Rusiyadan da idmançıların qatılacağı gözlənilir. Onlar fərdi qadın, fərdi kişi, qarışıq cütlük, üçlük və qrup proqramlarında 5 yaş kateqoriya (2009-2010, 2006-2008, 2003-2005, 2000-2002, 1999 və daha böyük) üzrə yarışacaqlar.

Qeyd edək ki, turnirə biletləri arenanın kassasından əldə etmək mümkündü. Biletlərin qiyməti noyabr 23-ü üçün 5 manat, növbəti günlər üçün isə 10 manatdı. 

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016