Kavalers komandasının ulduzu Lebron Ceyms Vaşinqtonla qarşılaşmada (130:122) aktivinə 57 xal yazıb. Bununla da Oqayo təmsilçisi 4 oyunluq məğlubiyyət seriyasını qırıb.
Ceyms meydançada 43 dəqiqə ərzində 34 atışdan 23-də dəqiq olub. Onun 9 cərimə atışı da dəqiq alınıb. Bundan başqa Lebron aktivinə 11 ribaund , 7 ötürmə 3 topalma və 2 blok da əlavə edib.
Ceyms Kayli İrivnqə məxsus Klivlendin məhsuldarlıq rekordunu da təkrarlayıb. Əlavə edək 4 qat MVP-nin şəxsi rekordu 61 xaldır.
O , karyerası ərzində 11-ci dəfə 50 xaldan artıq toplaya bilib.