Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
F.Briatore Ferrari sürücülərini tənqid edib
26-10-2017

Benetton və Renault komandalarının keçmiş başçısı Flavio Briatore Ferrari-nin builki məğlubiyyətini şərh edib.

F-1.az bildirir ki, İtaliyanın Sport Fair nəşrinə müsahibə verən Briatore bildirib ki, Mühəndislər Kubokunda qalib gəlmək üçün komandaya Kimi Rəykkönendən güclü sürücü lazımdır…

Flavio Briatore: “Kimi ilə Mühəndislər Kubokunu qazanmaq çox çətindir, çünki komandalar arasında birinci olmaq üçün iki rəqabətədavamlı sürücünüz olmalıdır. Sebasyan Fettel işinin öhdəsindən əla gəlir, amma Rəykkönen haqqında bunu demək olmaz.

Hansısa bir yarışı uduzmaq və ya udmaq olar, amma titul uğrunda mübarizə bizim “Ciro d’İaliya” veloyarışına bənzəyir. Bu yarışda yekunda həmişə ən güclü qalib gəlir. Bizim misalda ən güclü Lyuis Həmilton və Mercedes-dir. Mövsümün əvvəlində Ferrari-nin çox kiçik üstünlüyü var idi, amma sonra Mercedes əla iş gördü və maşını təkmilləşdirdi”.

Sonda isə Flavio Sebastyanı da tənqid etməyi unutmayıb: “Sinqapurda ilk döngədə baş verənlər karyeramda gördüyüm ən axmaq hərəkət idi. Yarışda mühərrik imtina edə bilər, başqa texniki problemlər baş qaldıra bilər. Amma Fettellin, Rəykkönenin və Ferstappenin toqquşması ağlasığmaz idi. Titula namizəd olan bir sürücü belə risk etməli deyildi. Komanda titul uğrunda mübarizə aparanda bu hamıya aid olur – sürücüdən tutmuş sonuncu mexanikə kimi…”

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016