Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Boksçumuz ermənini rinqə çıxmağa peşman etdi
24-10-2017

Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyində 1/8 final mərhələsinə yekun vurulub. Yarışa tam heyətlə qatılan Azərbaycan millisinin 7 üzvü 1/4 finalda iştirak hüququ qazanıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 52 kq çəki dərəcəsində rinqə çıxan Amid Əlizadə (52 kq) ilk görüşündə Davey Oliver Yonseni (İrlandiya) sınağa çəkib. Gərgin keçən döyüş həmyerlimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda İvan Prislə (İngiltərə) gücünü yoxlayacaq.

Əlizadənin uğurunu Orxan Həsənov (56 kq) da davam etdirib. 1/8 finalda ermənistanlı Jirayr Sarqsyanla (Ermənistan) qarşılaşan boksçumuz rəqibinə heç bir şans verməyib - 5:0. Həsənov 1/4 finalda rusiyalı Aleksey Kiselyevlə üz-üzə gələcək.

Nicat Həsənov (69 kq) da ilk görüşünü qələbə ilə başa vurub. Auqosto Simonye Buremiyə (İtaliya) 4:1 hesabı ilə qalib gələn idmançımız yarımfinal üçün Qabriel Dossenlə (İrlandiya) döyüşəcək.

75 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Amin Kuşkovun (75 kq) qarşılaşması daha tez başa çatıb. Boksçumuz Edqars Korzenevskisi (Latviya) II raundda nokauta salıb. O, 1/4 finalda fransalı Moreno Fendero ilə münasibətinə aydınlıq gətirəcək.

Surət Qarayev (81 kq) də komanda yoldaşlarından geri qalmayıb. O, Kuştrim Veseliyə (Avstriya) 3:2 hesabı ilə qalib gəlməklə, mərhələ adlayıb. Həmyerlimiz 1/4 finalda Konrad Kajmarkeviçlə (Polşa) mübarizə aparacaq.

Yığmamızın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (+91 kq) də ilk sınağını texniki qələbə ilə başa vurub. Milans Volkovsla (Latviya) döyüşən həmyerlimiz III raundun gedişində rəqibini nokauta salıb. 1/4 finalda onun rəqibi rumıniyalı Emanuel Mikan olacaq.

49 kq çəki dərəcəsində rinqə çıxacaq Həsən İbrahimov mübarizəyə 1/4 finaldan başlayacaq. O, Nikita Diniyevlə (Ukrayna) qüvvəsini sınayacaq.

Yığmamızın heyətində Sayad Lalayev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq) və İsmayıl Yaqubov (91 kq) isə mübarizəni dayandırıblar. Boksçularımız müvafiq olaraq, Otar Naverianiyə (Gürcüstan), Tuğrulhan Erdemirə (Türkiyə) və Karel Adama (Çexiya) məğlub olublar.

Qeyd edək ki, 1/4 final mərhələsinin döyüşləri oktyabrın 24-də və 25-də keçiriləcək.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016