Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Rəsmən: McLaren Alonso ilə müqaviləni təsdiqləyib
20-10-2017

F-1.az bildirir ki, McLaren komandası cümə axşamı Fernando Alonsonun daha bir il Uokinqdə qalacağını rəsmən elan edib.

Fernando Alonso: “Yaxşı ki, işimizi davam etdirə biləcəyik. Daxilimdəki səs həmişə deyirdi ki, qalmaq lazımdır, çünki bu komandanı evim hesab edirəm. Burada – başqa heç bir komandada qarşılaşmadığım fantastik kollektiv, isti münasibət var. McLaren-də çıxış edəcəyim üçün xoşbəxtəm. Əsas odur ki, komandanın qələbələr, titullar qazanmağa imkan verən maddi və texniki bazası var. Son illər bizim üçün asan olmayıb, lakin biz qalib gəlməyi unutmamışıq. İnanıram ki, tezliklə qələbələr əldə edəcəyik. Gələcəyimiz barədə həyəcanlanıram və uğurlu ola bilmək üçün çox çalışacam”.

Zek Braun: “Fernandonun McLaren-də qalacağını təsdiq etməkdən məmnunluq duyuram. O, son üç ildə komandamızda fantastik dərəcədə aktiv olub. O, çox əla insan, hazırda ən təcrübəli və istedadlı sürücülərdən biridir. Biz onunla əməkdaşlığın davam edəcəyinə ümid edirdik. Bu, irəliyə doğru atılmış addım oldu və komandada 2018-ci il üçün inam yaratdı. Bizim səhmdarların çox cəsarətli planları var və Formula1-də uğur qazanmaq bizim strategiyamızın əsas elementidir. Fernando bizə yenidən qələbələr qazanmaqda kömək edə bilər”.

Erik Bulye: “Komandanızda Fernando varsa, yaxşı nəticə əldə edəcək daha güclü sürücü axtarmağınıza ehtiyac yoxdur – Formula1-də hər kəs mənimlə razılaşar. O, mənə həmişə deyirdi ki, McLaren-i sevir və qalmaq istəyir. Bugünkü bəyanat da bunu göstərdi ki, Fernando fikrini yarışlara cəmləyib və komandamızın heyətində qələbə qazanmaq istəyir. Son illərdə onun narazılıqları ilə tez-tez qarışlaşırdıq. Lakin indi hiss edirik ki, ona rəqabətədavamlı maşın verə biləcəyik. Sabit sürücü heyəti yüksək səviyyədə çıxış etməyə təsir göstərən kişik, lakin olduqca vacib amillərdən biridir. Biz Alonso və Vandornla işləyirik və belə güclü heyətlə tarix yaza bilərik”.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016