Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
59 avroluq detal milyonluq bolidi xarab edib
12-10-2017

Ferrari-nin prezidenti Sercio Markionne son 3 yarışda problemlər yaşayan komandasına dəstək verib və xal fərqinin bağlanacağına əmin olduğunu deyib.

F-1.az xatırladır ki, Sebastyan Fettel son 3 yarışda cəmi 12 xal topladığı halda, əsas rəqibi Həmilton 68 xal toplayıb. Almaniyalı sürücü son iki yarışda etibarlılıq problemləri yaşayaraq, çempionluq uğrunda mübarizədə ağır zərbə alıb.

Sercio Markionne: “Bəxtsizlik barədə danışmıram, çünki inanmıram. Xüsusən də, avtoidmanda hər şey ola bilər. Əsas odur ki, özümüzə olan inamı itirməyək. Keçən ili xatırlayın. Heç kəs Ferrari-nin üstün olacağı barədə heç nə demirdi. Bu gün isə çempionluq uğrunda mübarizə aparırıq.

Təkəbbürlü görünmək istəmirəm, amma Mercedes-dən güclü olmasaq da, onlarla eyni səviyyədəyik. Red Bull inkişaf etdi, amma yarışda Ferrari-yə çata bilməzlər.

Mövsüm bitməyib. Vaxtımız var. Növbəti 4 yarışda Mercedes-lə fərqi bağlaya bilərik. Bolid inanılmaz dərəcədə inkişaf edib.

59 avroluq kiçik bir detal milyonluq bolidi getməyə qoymadı. Bu axmaqlıqdır. Problem çıxsa, həll etməliyik. Keyfiyyət şöbəsi ilə bağlı işlər yenilənməlidir. Vaxtında xırda problemlər gözardı edilib”.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016