Rassel Uestbruk müqaviləyə görə də NBA-da rekord yazdı
30-09-2017
Rassel Uestbruk Oklahomanın yeni müqavilə təklifini qəbul edib.
Tərəflər 205 milyon dəyərində yeni 5 illik müqavilə imzalayacaqlar. Sözləşmə 2018-ci ildən qüvvəyə münəcək.Beləliklə də liqanın hazırki MVP-si tarixdə ən böyük zəmanətli müqavilənin sahibi olacaq.
Bundan əvvəl ən böyük müqavilə Qolden Steytin Karri ilə 201 milyon dollar dəyərində 5 illik sözləşməsi idi.Bleyk Qriffinin eyni müddətə sözləşməsi basketbolçuya 171 milyon qazandırır. Ondan sonrakı yerlərdə Ceyms Xarden (Xyuston) və Con Uoll (Vaşinqton) qərarlaşıblar. Onların 4 illik müqaviləyə əsasən qazancı 169,3 milyon dollardır.