Aztv
Mədəniyyət
Bakı vaxtı

.

CANLI

İDMAN AZƏRBAYCAN CANLI YAYIM

TV

Bağla / Close

|
|
|
|
|
Axtarış


İdman növləri
 
banner 1
banner 2
Əlaqə

Ünvan:
AZ1011, Bakı şəh., M.Hüseyn küç., 1

Telefon:
(+99412) 4923807
Email:
sport@aztv.az
 
Taekvondoçularımız dünya çempionatına yollandı
19-06-2017

IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış edən millimiz dünya çempionatında iştirak etmək üçün Koreya respublikasına yola düşüb. 24-30 iyun tarixlərində Koreyanın Muju şəhərində Dünya Taekvondo Federasiyasının təşkilatçılığıyla keçiriləcək böyüklər arasında dünya çempionatına milli komandamlz 12 idmaçı ilə qatılacaq.


Baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Rəşad Əhmədovun sərəncamında olan taekvondoçulardan kişilər arasında Qaşım Maqomedov (-54 kq), Fizam Mehtiyev (-58 kq), Məhəmməd Məmmədov (-63 kq), Ayxan Tağızadə (-68 kq), Sina Bahrami (-74 kq), Milad Beigi Hərçəqani (-80 kq), Ramin Əzizov (-87 kq) və Radik İsaev (+87 kq) mübarizə aparacaq.


Qadınlardan ibarət yığma komandamızın baş məşqçisi Elnur Amanovun yetirmələrindən isə -46 kq çəki dərəcəsində Safiye Polat, Patimat Abakarova (-49 kq), Yaprak Eriş (-57 kq) və Fəridə Əzizova (-67 kq) mükafatçılar sırasında yer almağa çalışacaq.


Xatırladaq ki, taekvondo idman növü üzrə dünya çempionatı iki ildən bir keçirilir. Ümumilikdə dünya çempionatları tarixində Azərbaycan taekvondoçularının aktivində iki qızıl medal var. Belə ki, 2001-ci ildə ölkəmizə ilk qızıl medalı Niyaməddin Paşayev qazanmışdır. 2015-ci ildə son mundialda isə 14 il fasilədən sonra Radik İsaev çempion tituluna sahib olmuşdur. 


Artıq komandamız Koreyanın Muju şəhərindədir. Yerli taekvondo azarkeşləri və təşkilatçılar idmançılarımızı böyük çoşkuyla qarşılayıb. 

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə yarışda təmsil olunan komandamız 2 iyulda vətənə dönəcək.

banner nijniy
Bölümlər
İdman Azərbaycan TV verilişlərinin Azerspace 1 peyk vasitəsilə qəbulu
Asiya - Avropa
Satellite: Azerspace 1
Orbital position: 46°E
Downlink Frequency:
(MPEG-2) f = 11175 MHz
(Polarization- H)
Symbol rate – 27500 Msymbol/s
FEC - 5/6
Sosial şəbəkələr

 
Copyright © İdman Azərbaycan - 2011 - 2016